2016-cı il yanvarın 1-də Ermənistan əhalisinin sayı 70-ci illərdən sonra ilk dəfə 3 milyondan az olub. Modern.az Ermənistan mediasına istinadən xəbər verir ki, 2016-cı il oktyabrın 1-də daimi yaşayan əhalinin sayı 2993,9 min nəfər təşkil edib.
Bu o deməkdir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin sayı 10,1 min nəfər (0,3 faiz) azalıb.
Milli Statistika Xidmətinin məlumata görə, ölkənin şəhərlərindəki əhalinin sayı 2015-ci ilin analoji dövrünə nisbətdə 6,3 min nəfər azalaraq 1904,6 min nəfər təşkil edib. Yerevanda isə əhalinin sayı 1,9 min nəfər azalıb.
Kənd yerlərində əhalinin sayı 3,8 min azalaraq 1 089,3 min nəfər olub.
Xidmətin digər xəbərində qeyd edilir ki, Ermənistanda bu ilin yanvar-sentyabr aylarında doğulan uşaqların sayı 2,3 faiz azalıb.
Modern.az