Modern.az

Kino avadanlıqları gömrük rüsumlarından azad olunacaq

Kino avadanlıqları gömrük rüsumlarından azad olunacaq

Aktual

1 Noyabr 2016, 15:23

 

Azərbaycanda kino texnikasının, kino texnoloji avadanlıqlarının və kino qurğularının idxalı 3 il müddətinə rüsumlardan azad ediləcək.

 

Modern.az-ın xəbərinə görə, bununla bağlı layihə Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.

 

“Gömrük tarifi haqqında” qanuna əlavə edilən 20.0.20-ci maddəyə əsasən, milli film istehsalçıları müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında kino texnikasının, kino texnoloji avadanlıqlarının və kino qurğularının idxalında 2017-ci il yanvarın 1-dən 3 il müddətinə rüsumlardan azad ediləcəklər.

 

Bundan başqa, Vergi Məcəlləsinə əlavə edilən 106.1.18-ci maddəyə görə isə milli film istehsalçıları müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında kino texniaksının, kino texnoloji avadanlıqlarının və kino qurğularının idxalında 2017-ci il yanvarın 1-dən 3 il müddətinə vergidən azaddırlar.

 

Məcəlləyə əlavə edilən digər 164.1.36 maddəyə görə yuxarıda qeyd olunanlar qeyd olunan müddətə vergi ödəməkdən də azad edilirlər.

 

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 

 

Ağa AKİFOĞLU

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı