Modern.az

Oğru evlənmək üçün məhkəmədən qaçıb

Oğru evlənmək üçün məhkəmədən qaçıb

Aktual

1 Noyabr 2016, 16:36

Gürcüstan polisi avqustun 31-də Rustavi şəhər məhkəməsindən qaçan Otar Varamaşvilini yaxalayıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, məhkum oğru-residivist qaçmağı hələ 1998-ci ildə planlaşdırsa da, niyyətini 18 il sonra gercəkləşdirib.

 

Varamaşvili Rustavi şəhər məhkəməsindən çörəkdən hazırladığı və əslindən heç nə ilə fərqlənməyən qumbaranın köməkliyi ilə qaça bilib.

Otar özü təsdiqləyir ki, azadlıq istəyib.

 

Hər şey şəhər məhkəməsindəki sonuncu proses zamanı baş verib. Varamaşvili özünü pis hiss etdiyini deyəndən sonra polis təcili yardım çağırıb.

 

O, konvoyun diqqətindən yayınaraq zaldan qaçıb. Konvoy arxasınca düşəndə, Varamaşvili qumbaranın mulyajını onlara tərəf tullayıb və divardan aşaraq qaçıb.

Otar azadlıqda olduğu 45 gündə kiçik monastrda artıq nikahlanıb və şəhər kənarındakı restoranda toy mərasimi də keçirib.

Vəkli indi hakimin növbəti hökmü yüngülləşdirəcəytinə ümid edir. Çünki məhkum günahını etiraf edib, üstəlik evlənməsi faktı da nəzərə alınmalıdır.

Otarın valideynləri isə bu evliliyi tanımırlar. Deyirlər ki, onların oğlu indiki arvadı ilə uşaqlıqdan tanış olub, lakin qız həmişə yüngül davranışı ilə fərqlənib. Onlardan ötrü həmin qadın gəzəyəndir. Otarın anası – Nato Kurtauli gəlini lİzanı istəmir, axı o onun oğlunun evini yıxıb.

“O necə restoranda oğlumun yanında sakit otura bilər? O guya bilmirdi ki, onu mənim ahım tuta bilər? Mən onunla ünsiyyətdə olmaq istəmirəm. Mən onların toyunu tanımıram, bunun hamısı qanunsuz olub”, - qadın söyləyib.

Oğru-residivistin arvadı Liza isə deyir ki, sevgilisinin qaçacağını əvvəlcədən bilib və onu sevdiyinə görə evlənib.

Modern.az

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı