Noyabrın 19-dan etibarən Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarına Biləcəri və Xırdalan stansiyalarında dayanacaq veriləcək.
Bu haqda Modern.az-a Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib. Qatarların hərəkət cədvəli barədə sərnişinlərə əlavə məlumat veriləcək.
Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarında gediş haqqı tarifləri
| İstiqamət | Tarif (manatla) | |
| ekonom | biznes | |
| Bakı-Sumqayıt (Sumqayıt-Bakı) | 0.80 | 1.20 |
| Bakı-Biləcəri (Biləcəri-Bakı) | 0.30 | 0.80 |
| Bakı-Xırdalan (Xırdalan-Bakı) | 0.40 | 1.0 |
| Biləcəri-Xırdalan (Xırdalan-Biləcəri) | 0.20 | 0.40 |
| Biləcəri-Sumqayıt (Sumqayıt-Biləcəri) | 0.60 | 1.0 |
| Xırdalan-Sumqayıt (Sumqayıt-Xırdalan) | 0.40 | 0.80 |
Gülşən RAUFQIZI