Modern.az

49 ölkə Bakıdakı İslam Həmrəylik Oyunlarında iştirakını təsdiqləyib

49 ölkə Bakıdakı İslam Həmrəylik Oyunlarında iştirakını təsdiqləyib

Aktual

8 Noyabr 2016, 17:34

V İslam Həmrəylik Oyunlarında 49 ölkə iştirakını təsdiqləyib. Lakin iştirakçı ölkələrin sayının artacağı gözlənilir.

Modern.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov IV İslam Həmrəylik Oyunları ilə əlaqədar noyabrın 8-də keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, yarışlar paytaxtın 16 idman qurğusunda keçiriləcək. Mötəbər yarışa 3-3,5 min idmançının qatılacağı gözlənilir. Hazırlıqlar plana uyğun olaraq davam edir. Hazırda yarış cədvəli hazırlanır. İdmançıların sayı ilin sonunadək dəqiq məlum olacaq.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı