Modern.az

Daxili orqanında ölkəyə narkotik vasitə keçirən şəxs tutulub

Daxili orqanında ölkəyə narkotik vasitə keçirən şəxs tutulub

Aktual

10 Noyabr 2016, 20:04

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb. Modern.az Dövlət Gömrük Komitəsinin saytına istinadən xəbər verir ki, yoxlama zamanı vətəndaşın daxili orqanlarında (mədə və düz bağırsağında) 57 ədəd bükümdə, xalis çəkisi 131,10 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə! İranda yenə ara qarışdı - Silahlılar hərəkətə keçdi