Modern.az

Rəşad Sadıqov bir ay yaşıl meydana çıxmayacaq

Rəşad Sadıqov bir ay yaşıl meydana çıxmayacaq

Aktual

11 Noyabr 2016, 00:43

Futbol üzrə Azərbaycan millisi və "Qarabağ" klubunun müdafiəçisi Rəşad Sadıqovun Londonda müayinəsinin nəticələri məlum olub. Modern.az saytı xəbər verir ki, "Report"un Belfasta ezam olunmuş əməkdaşının məlumatına görə, bu barədə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki məlumat verib.

Kapitanın zədəsindən danışan xorvatiyalı mütəxəssis bunun köhnə olduğunu bildirib:

"Bu, təzə zədə deyil. Rəşad Norveçlə oyundan sonra meydana çıxa bilmədi. Bu gün Londona gedərək, həkimlə görüşdü. Müayinədən sonra məlum oldu ki, müalicə görməyəcək. Gələn həftədən məşqlərə başlayacaq. Amma 6 həftəyədək yaşıl meydanlardan kənarda qalacaq. Bir tərəfdən yaxşıdır ki, müalicə görməyəcək, amma digər tərəfdən uzun müddət oynamayacaq".

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı