Modern.az

Türkan Şoray Bakıya gəlir

Türkan Şoray Bakıya gəlir

Aktual

14 Noyabr 2016, 15:22

Türkiyənin tanınmış aktrisası Türkan Şoray Bakıya gəlir.

 

Modern.az xəbər verir ki, aktrisa Bakı Yunus Emre İnstitutu və Xəzər Universitetinin birgə əməkdaşlığı ilə Bakıya dəvət olunub. O, noyabrın 18-də, saat 12.00-da, Bakı Yunus Emre İnstitutunda tələbələrlə bir araya gələcək. Eyni zamanda Türkan Şorayın yeni albumunun tanıtımı və imza günü keçiriləcək.

 

PROQRAM:

 

1. Video Çarx (Türkan Şoray hakkında və “Olmaz Olmaz” mahnısının klipi)

2. İlin ən yaxşısı mükafatının təqdim edilməsi (Türkan Şoray - Zeynəb Xanlarova)

3. Türkan Şoraya Bakı Yunus Emre İnstitutunun müdiri İbrahim Yıldırım tərəfindən özəl hədiyyənin təqdim edilməsi

4. İnstitutun "Şərəf Dəftəri"nin Yazılması

5. İmza Günü

 

Gülşən RAUFQIZI

 

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!