Modern.az

Nazir jurnalistin müalicəsini nəzarətə görtürdü

Nazir jurnalistin müalicəsini nəzarətə görtürdü

Aktual

19 Noyabr 2016, 13:30

Qaraciyərində yaramış problemlərlə bağlı səhhəti kəskin şəkildə pisləşən jurnalist Zabil Müqabiloğlunun sağalması ilə bağlı  bütün işlərə dövlət tərəfindən tam dəstək göstəriləcək.

 

Modern.az xəbər verir ki, bunu Lent.az-a açıqlamasında millət vəkili Qənirə Paşayeva deyib.  Millət vəkilinin sözlərinə görə, jurnalistə qaraciyər köçürülməsi və tam sağalana qədər lazım olan müalicəsinin təminatı üçün səhiyyə naziri Oqtay Şirəliyevin qəbulunda olub: “Səhiyyə Naziri ilə özüm şəxsən görüşüb, jurnalist həmkarlar adından müraciət etdim və bildirdim ki, bu məsələdə dövlət dəstəyinə ehtiyac var. Nazir Oqtay Şirəliyev də vurğuladı ki, məsələ diqqətdədir və jurnalistin qaraciyər köçürülməsi əməliyyatı, həmçinin, ondan sonrakı müalicəsinə dəstək göstəriləcək”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı