Modern.az

Qayda pozan avtobus sürücüsü işdən QOVULDU

Qayda pozan avtobus sürücüsü işdən QOVULDU

Aktual

22 Noyabr 2016, 10:34

Bakıda avtobus sürücüsü işdən azad edilib. Bu haqda Modern.az-a məlumat verən Bakı Nəqliyyat Agentliyinin ( BNA) İctimai Əlaqələr və Maarifləndirmə Şöbəsinin müdiri Nuridə Allahyarova deyib ki, istifadəçi tərəfindən daxil olan şikayət araşdırılıb:

“20 saylı marşrutla bağlı istifadəçimizdən daxil olan şikayət və fotoşəkillər əsasında araşdırma aparılıb. 10-TG-704 -seriyalı avtobusun sürücüsü A. Məhərrəmov yol hərəkət qaydalarını pozduğu və bu kimi hallara tərəfindən mütəmadi yol verildiyi üçün BNA-nın iradı əsasında daşıyıcı şirkət tərəfindən işdən azad edilib”.

N.Allahyarova qeyd edib ki, yolda təhlükəsizlik qaydalarına əməl etmək ümumi məsuliyyətdir:

“Sürücü, sərnişin, daşıyıcı şirkət eyni qaydada öhdəlik daşıyır. BNA olaraq bu kimi hallarla bağlı iradlarınızı, təklif və şikayətlərinizi gözləyirik”.

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə! İranda yenə ara qarışdı - Silahlılar hərəkətə keçdi