Modern.az

Azərbaycanda toy gecəsi başqasına qoşulub qaçan gəlin danışdı - YENİLƏNİB

Azərbaycanda toy gecəsi başqasına qoşulub qaçan gəlin danışdı - YENİLƏNİB

Aktual

17 Aprel 2017, 16:05

İmişli rayonunda gəlin toy gecəsi evdən qaçıb. Avropa.info-nun xəbərində bildirilir ki, hadisə aprelin 15-də baş verib. İmişli şəhərində yerləşən “Kral” şadlıq sarayında toy mərasimi keçirilən Qaradonlu kənd sakini, 18 yaşlı Sevil Quliyeva (ad-soyad şərtidir) bəy evindən qaçıb. Onun sevdiyi oğlanla birgə qaçdığı iddia edilir.

Hadisə ilə bağlı qızın atası İmişli rayon Polis Şöbəsinə müraciət edib. Hazırda faktla bağlı araşdırma aparılır və cinayət tərkibi müəyyən edilərsə, faktla bağlı cinayət işi açıla bilər.

 
***

İmişli rayonunda yoxa çıxan gəlin tapılıb.

Bu barədə Trend-ə İmişli rayon Polis Şöbəsindən məlumat verilib.

Hadisə aprelin 15-də gecə saatlarında baş verib. Rayonun Qaradonlu kənd sakini, 1999-cu il təvəllüdlü Cəfərli Nazxanım Kazım qızı toyundan sonra yoxa çıxıb.

Aprelin 16-da valideynləri polisə ərizə yazaraq qızlarının itkin düşdüyünü bildirib. Aparılan araşdırmalar zamanı məlum olub ki, yoxa çıxan qız öz istədiyi oğlana, rayonun Rəsullu kənd sakini, 1992-ci il təvəllüdlü Xəlilov Kamran Möhübbət oğluna qoşulub qaçıb. Aprelin 16-da rayon polis şöbəsi ilə əlaqə saxlayan qız heç kim tərəfindən məcburi oğurlanmadığını, öz istəyi ilə qaçdığını təsdiqləyib. Daha sonra qızla oğlan rayon polis şöbəsinə gələrək izahat da yazıb.

Şöbədən bildiriblər ki, hazırda qızla-oğlan rayonun Rəsullu kəndində, oğlanın ata evində yaşayır.

Faktla bağlı İmişli rayon Pois Şöbəsində araşdırmalar aparılır.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı