Modern.az

Azərbaycanda 103 qida zəhərlənməsi baş verib: 3 nəfər ölüb

Azərbaycanda 103 qida zəhərlənməsi baş verib: 3 nəfər ölüb

Aktual

17 Aprel 2017, 16:49

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda 103 qida zəhərlənməsi baş verib ki, nəticədə 162 nəfər zərər çəkib, 3 nəfər ölüb.

Bu barədə Modern.az-a Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

Məlumata görə, bu ilin yanvar-mart ayları ərzində 8 botulizm hadisəsi baş verib. Nəticədə 15 nəfər zəhərlənib.

Bu ilin mart ayı ərzində 36 qida zəhərlənməsi baş verib. Bu hadisələrdən 66 nəfər zərər çəkib.

Martda 1 botulizm hadisəsi baş verib ki, bundan da 1 nəfər zəhərlənib.

Qida zəhərlənmələrinin hamısı məişət şəraitində hazırlanan məhsullardan baş verib.

 

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı