Modern.az

Azərbaycan Ordusuna həyəcan siqnalı verildi - FOTOLAR

Azərbaycan Ordusuna həyəcan siqnalı verildi - FOTOLAR

Aktual

17 Aprel 2017, 17:12

Genişmiqyaslı təlimlərin keçirilməsi planına uyğun həyəcan siqnalı ilə qaldırılan qoşunlar və komanda idarəetmə məntəqələri əməliyyat təyinatı rayonları istiqamətində hərəkət edirlər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, qoşunların idarə edilməsi, onların təşkili üzrə yüksək tələblərə uyğun olaraq, gizli və operativ şəkildə həyata keçirilir.

Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir.

Təlimin hazırkı mərhələsinin şərtlərinə uyğun olaraq qoşunlar planlı tədbirlər yerinə yetirir.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan silah istehsalına başlayır - Şok plan üzə çıxdı