Portuqaliyanın paytaxtı Lissabonun yaxınlığında, Kaşkayş şəhərində kiçik təyyarənin havada partlayaraq qalıqlarının supermarketə və yük maşınının üzərinə düşməsi nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.
Modern.az-ın məlumatına görə, ölənlərdən biri təyyarənin pilotu, 3 sərnişini və yaxınlıqdakı yük maşınının sürücüsü olub. Onlardan 3-nün Fransa, birinin isə İsveçrə vətəndaşı olduğu bildirilir.
Modern.az