Modern.az

123 nömrəli marşrutun xəttinin istiqaməti dəyişdirildi

123 nömrəli marşrutun xəttinin istiqaməti dəyişdirildi

Aktual

17 Aprel 2017, 18:40

Aprelin 18-dən 123 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq qismən dəyişdiriləcək.

 

Bakı Nəqliyyat Agentliyindən Modern.az-a verilən məlumata görə, buna səbəb Binəqədi-Novxanı avtomobil yolunda aparılan təmir işləri ilə əlaqədar olaraq sözügedən yolun bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasıdır.

 

Dəyişikliyə əsasən, təmir işləri bitənədək 123 nömrəli marşrut xətti üzrə avtobuslar Masazır və Binəqədi şosesindən keçməklə hərəkət edəcək.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı