Bu gün UEFA Çempionlar Liqasında ikinci finalçının adına aydınlıq gəlib. Modern.az xəbər verir ki, “Visente Kalderon” stadionunda Madrid klubları “Atletiko” ilə “Real” üz-üzə gəlib.
Oyun “Atletiko” klubunun “Real” üzərində 2:1 heablı qələbəsi ilə yekunlaşıb. Oyunda 12-ci dəqiqədə “Atletiko” Saul Niqes, 16-cı dəqiqədə Antuan Qrizmann,16-pen fərqlənıb. “Real” klubu buraxılan qollardan birinin əvəzini 42-ci dəqiqədə çıxa bilib. Amma “Atletiko” klubunun bundan artığına gücü çatmayıb. Beləliklə, ilk oyunda 0:3 hesabı ilə qələbə qazanan “Real” ikinci finalçı olub.
Qeyd edək ki, “Real ” finalda “Yuventus”la qarşılaşacaq.
Modern.az