Modern.az

Azərbaycanda zəlzələ oldu - 4 bal

Azərbaycanda zəlzələ oldu - 4 bal

Aktual

11 May 2017, 08:52

Mayın 11-də yerli vaxtla saat 07:24-də Azərbaycanın Saatlı rayonu ərazisində zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Modern.az-a verilən məlumata görə, zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində isə 4-3 bala qədər hiss olunub.

Zəlzələnin maqnitudası 5,3, dərinliyi 39 kilometr olub.

Sosial şəbəkə istifadəçilərinin qeydlərindən belə məlum olur ki, Saatlı bölgəsinə yaxın əksər rayonlarda zəlzələ əhali tərəfindən hiss olunub.


Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı