Modern.az

Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

Aktual

5 İyun 2017, 19:01

Qax rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Qax-Qorağan avtomobil yolunun 7-ci kilometrliyində, yolun Alatəmir kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Qax rayonunun Lələli kənd sakini, 1961-ci il təvəllüdlü Məhsun Xəlil oğlu Orucov idarə etdiyi “Tavriya” markalı, 34-BC-311 dövlət nömrə nişanlı avtomobillə, Qusar rayon sakini Vaqif Şakir oğlu Əhmədovun idarə etdiyi “BMW” markalı,  90-ZL-657 dövlət nömrə nişanlı  avtomobil toqquşub. 

 

Qəza nəticəsində “Tavriya”nın sürücüsü M. Orucov  və sərnişini, Qax rayon sakini Məhəmməd Xəlilov müxtəlif dərəcəli xəsarətlərlə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.

 

Qax MRX-dan bildirilib ki, M. Orucov cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.  M. Xəlilovun vəziyyəti yüngül olduğundan ona lazımı tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərtilə evə buraxılıb.

 

Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır

 

Modern.az

 

 

 

 

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı