Modern.az

İraqlı turist Bakıda öldü

İraqlı turist Bakıda öldü

Aktual

25 İyun 2017, 22:18

Bakıda əcnəbi ölkə vətəndaşı ölüb. Modern.az lent.az-a istinadən xəbər verir ki, İraq Respublikasının vətəndaşı, 1951-ci il təvəllüdlü Abdulzehra Zarraq Kareem Alkalga adlı şəxs Fikrət Əmirov küçəsində kirayə yaşadığı mənzildə vəfat edib. Təcili yardım briqadası həmin ünvana gələndə onun keçindiyi üzə çıxıb və daha sonra hüquq-mühafizə orqanlarına məlumat verilib.

 

Bildirilir ki, vəfat edən şəxs Bakıya turist kimi gəlibmiş və ilkin araşdırmalar zamanı onun ürək tutmasından vəfat etdiyi aydınlaşıb.

Sizə yeni x var
Keçid et
Ukrayna Krım körpüsünü vurdu - Hərəkət iflic oldu