Modern.az

Ağstafa sakini Kürdə boğuldu

Ağstafa sakini Kürdə boğuldu

Aktual

6 Avqust 2017, 20:01

Ağstafa sakini Kürdə boğulub. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Kür çayının Ağstafa rayonunun Qıraq Kəsəmən kəndindən keçən hissəsində qeydə alınıb.

Rayon sakini 1994-cü il təvəllüdlü Babayev Fəyyaz Haqverdi oğlu Kür çayında çimən zaman boğulub. 

Hazırda Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti meyitin axtarışını aparır.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı