Modern.az

ABŞ Latın Amerikası ölkələrini Koreya ilə əlaqələri kəsməyə çağırıb

ABŞ Latın Amerikası ölkələrini Koreya ilə əlaqələri kəsməyə çağırıb

Aktual

17 Avqust 2017, 00:30

ABŞ Latın Amerikası ölkələrini Koreya Xalq Demokratik Respublikası ilə əlaqələri kəsməyə çağırıb. Modern.az  "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Çilidə səfərdə olan ABŞ-ın vitse-prezidenti Mayk Pens bəyan edib: "Ümid edirik ki, Çili, Braziliya, Meksika və Peru bizə qoşularaq Şimali Koreya ilə diplomatik və kommersiya əlaqələrini kəsəcəklər”.

Ötən həftə ABŞ-la KXDR arasında münasibətlər kəskin gərginləşib. Şimali Koreyanın mərkəzi teleqraf agentliyi KXDR ordusunun Sakit okeanın qərbindəki Quam adasında ABŞ-a məxsus hərbi obyektlərə zərbələr endirmək imkanını nəzərdən keçirdiyi barədə məlumat yayıb. Cavabında ABŞ prezidenti Donald Tramp Şimali Koreyanın ünvanına sərt xəbərdarlıqla çıxış edib.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı