Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin Milli Təhlükəsizlik Komitəsinin (MTK) sədri Yermek Saqimbayevin vəzifəsindən azad edilməsi barədə fərman imzalayıb. Əvvəllər komitənin sədr müavini olan Marat İrmenov xüsusi xidmətin yeni rəhbəri təyin edilib.
Modern.az-ın xəbərinə görə, bu barədə Qazaxıstan Prezidentinin Mətbuat Xidmətindən məlumat verilib.
"Dövlət başçısının fərmanı ilə Marat Qataulloviç İrmenov Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsinin sədri təyin edilib, o, daha əvvəl tutduğu vəzifəsindən azad edilib", - deyə məlumatda bildirilib.
Qərarın səbəbləri açıqlanmayıb.