Modern.az

Azərbaycanda uşaqlara qoyulan daş-qaş adları – STATİSTİKA

Azərbaycanda uşaqlara qoyulan daş-qaş adları – STATİSTİKA

Aktual

25 Avqust 2017, 16:17

Azərbaycanda neçə körpəyə qiymətli metal və daş-qaş adı qoyulduğu məlum olub.

 

Ədliyyə Nazirliyindən Modern.az-a verilən məlumata görə, son beş ildə doğulan 3301 körpəyə İnci (mirvari mənasında) adı verilib.

 

Bu il ərzində isə artıq 434 körpəyə İnci adı qoyulub.

 

Bu il doğulan körpələrdən 3-nə Gümüş (son beş ildə 49), 7-nə Altun (son beş ildə 60), 2-nə Qızıl, 64-nə Zümrüd (son beş ildə 628), 1-nə Briliyant (son beş ildə 3), 22-nə Almaz (son beş ildə 226), 11-nə Mirvari (son beş ildə 120), 16 körpəyə Zinyət (son beş ildə 104) adı verilib.

 

Bundan əlavə, son beş ildə 62 körpəyə Qızılgül, 165-nə Yaqut, 714-nə Firuzə, 16 körpəyə Zinyət adı qoyulub. Eyni zamanda siyahıda Zinyətxanım, Gümüşxan, Altunay, Altunər, Qızılşan, Qızılgül, Zümrüdxanım, İncinur, İncinaz, İncisu, Firuzənur, Firuzəxanım, Almazxan, Dəmir, Dəmirəl, Dəmirçi kimi adlar da yer alıb.

 

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır