Modern.az

Bakıda avtomobilin vurduğu piyada öldü

Bakıda avtomobilin vurduğu piyada öldü

Aktual

30 Avqust 2017, 12:25

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Modern.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, avqustun 30-da saat 1 radələrində Nəsimi rayonunun 3-cü Alatava yaşayış sahəsində Bakı şəhər sakini Etibar İsgəndərov idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən Göygöl rayon sakini Fariz Hüseynovu vurub.

Nəticədə piyada hadisə yerində ölüb. Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!