“Federal hökumət olaraq ölkəmizdə və dünyanın hər yerində yəhudilərin həyatını qorumaq üçün əlimizdən gələn hər şeyi edirik və bundan sonra da etməyə davam edəcəyik".
Modern.az xəbər verir ki, bu barədə Almaniya Kansleri Fridrix Mertz açıqlama verib.
O, eyd edib ki, bu məsələdə İsrailin yanında qətiyyətlə dayanırıq.
Yəhudilərin müdafiəsiz azlıq olmadığı və yaşadıqları ölkələrdə yenidən barbarlıqla üzləşdikləri zaman sığınacaq tapa biləcəkləri bir dövlətin mövcudluğu da bizim tarixi məsuliyyətimizin bir hissəsidir”.