Modern.az

İranın 2500-dək raketi var - ABŞ kəşfiyyatı

İranın 2500-dək raketi var - ABŞ kəşfiyyatı

Dünya

Bu gün, 23:36

ABŞ kəşfiyyatı İranın 2500-dək raketə malik olduğunu müəyyən edib. ABŞ və İsrailin İranın hərbi obyektlərinə endirdiyi zərbələrə baxmayaraq, Tehran əhəmiyyətli raket arsenalını qoruyub saxlayıb və əvvəllər topladığı komponentlər hesabına onu artırmaqda davam edir.

Modern.az xəbər veirr ki, bu barədə “The Wall Street Journal” qəzeti amerikalı rəsmilərə istinadən məqalə dərc edib.

Bildirilib ki, İsrail hərbçiləri də İranın 1500-dən çox ballistik raketə malik olduğunu düşünürlər.

İran ABŞ və İsrailin zərbələri nəticəsində girişləri dağıdılmış yeraltı raket anbarlarının bir hissəsinə çıxışı bərpa edə bilib. Bunu peyk görüntüləri də təsdiqləyir. Yeraltında yerləşən raketlərin isə böyük ehtimalla zərbələrdən salamat qaldığı bildirilir. ABŞ kəşfiyyatının verdiyi qiymətləndirmənin ən aşağı həddi belə İranın müharibədən əvvəlki raket arsenalının yarıdan çoxunu bərpa etdiyini göstərir.

Tehran, həmçinin kəşfiyyat və hədəfgöstərmə məlumatları, o cümlədən Rusiyadan əldə edilən informasiyalar hesabına hücumlarının effektivliyini artırıb. Bununla yanaşı, İran taktikasını da dəyişib. Məsələn, raket və pilotsuz uçuş aparatlarından eyni vaxtda istifadə etməyə başlayıb.

İranın ABŞ-ın hərbi obyektlərinə, radarlarına və erkən xəbərdarlıq sistemlərinə endirdiyi zərbələrdən sonra Amerika hərbi texnikasının əhəmiyyətli hissəsi İsrailə köçürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)