Modern.az

Respublika stadionunun arxasındakı şam ağacları yandırılıb

Respublika stadionunun arxasındakı şam ağacları yandırılıb

Aktual

30 Avqust 2017, 13:46

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Nərimanov rayonu, Tofiq Bəhramov adına Respublika stadionunun arxasında ağacların məhv edilməsi ilə bağlı daxil olan şikayət qurumun əməkdaşları tərəfindən yerində araşdırılıb.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı təxminən 600-700 kv.m yaşıllıq sahəsində köküstə müxtəlif diametrli və iri gövdəli ümumilikdə 19 ədəd ağacın (16 şam və 3 aylant) yandırılaraq quruma dərəcəsinə qədər zədələndiyi məlum olub.

 

Faktla bağlı təqsirkar şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması məqsədilə Bakı Şəhər Baş Polis İdarəsinə müraciət olunub.

 

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...