Modern.az

Bayram günlərində yol qəzalarında 5 nəfər ölüb, 41 nəfər yaralanıb

Bayram günlərində yol qəzalarında 5 nəfər ölüb, 41 nəfər yaralanıb

Aktual

4 Sentyabr 2017, 10:57

Bayram günləri respublika ərazisində qeydə alınan yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.

 

Modern.az-ın APA-ya istinadən xəbərinə görə, Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, son üç gündə respublikanın avtomobil yollarında 30 yol-qəza hadisəsi qeydə alınıb. Nəticədə 5 nəfər ölüb, 41 nəfər xəsarət alıb.

 

K. Əliyev qeyd edib ki, bu gün bayramın sonuncu günü olduğu üçün magistral yollarda nəqliyyatın sıxlığı müşahidə oluna bilər: “Ona görə də sürücülərdən son dərəcə ehtiyatlı olmalarını, sürət həddini aşmamalarını və ötmə əməliyyatlarını yerinə yetirərkən diqqətli olmalarını tövsiyə edirəm”.  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Putinin ordusu NATO ərazisini vurdu - Avropaya şok zərbə