Modern.az

Şəkiyə qonaq gələn gənc göldə batıb

Şəkiyə qonaq gələn gənc göldə batıb

Aktual

4 Sentyabr 2017, 22:06

Bakıdan Şəkiyə qonaq gələn 28 yaşlı gənc göldə batıb. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saat 18 radələrində rayonun Fazıl kənd inzibati ərazisindəki süni göldə baş verib.

 

Bakı şəhər Binəqədi rayonu, Babaşov küçəsi ev 2 mənzil 8-də qeydiyyatda olan, 1989-cu il təvəllüdlü İsa Mehman oğlu Məmmədov göldə çimərkən boğulub. Onun cəsədi sudan çıxarılaraq ekspertiza olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə verilib.

 

Qeyd edək ki, İsa Məmmədov Fazıl kəndinə qonaq gəlib. Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı