Modern.az

Yeni fəxri ad təsis ediləcək

Yeni fəxri ad təsis ediləcək

Aktual

16 Sentyabr 2017, 10:58

“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nda Gənclər və İdman Nazirliyinə gələn il üçün ölkədə “Gənclər siyasəti sahəsinin Fəxri İşçisi” adının təsis edilməsi tapşırılıb.

 

Modern.az-ın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin sentyabrın 16-da imzaladığı sərəncamla təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nda əksini tapıb.

 

Belə ki, yeni adın təsis edilməsində məqsəd gənclərlə iş sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi və gənclər siyasətinin həyata keçirilməsinin səmərəliliyinin artırılmasıdır.

 

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!