Modern.az

Azərbaycanla Səudiyyə Ərəbistanı razılıq əldə etdi

Azərbaycanla Səudiyyə Ərəbistanı razılıq əldə etdi

Aktual

20 Fevral 2018, 18:51

Azərbaycan və Səudiyyə Ərəbistanı cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq barədə protokol imzalayıb.

Modern.az-ın məlumatına görə, sənədi Azərbaycanın daxili işlər naziri Ramil Usubov və onun səudiyyəli həmkarı Məhəmməd ibn Naif ibn Əbdüləziz əl Səud imzalayıb.

İmzalanma mərasimi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda tərəflər arasında rəsmi danışıqlardan sonra baş tutub.

Görüş zamanı əməkdaşlığın Azərbaycan və Səudiyyə Ərəbistanının təhlükəsizlik xidmətləri arasında genişləndirilməsi perspektivləri də müzakirə edilib.

 

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!