Modern.az

Yerə kabus asteroid yaxınlaşır

Yerə kabus asteroid yaxınlaşır

Aktual

14 May 2018, 21:11

Mayın 16-da Bakı vaxtı ilə 02:05-də Yer planetinə ən kiçik məsafəyə qədər “2010 WC9” kabus asteroidi yaxınlaşacaq.

 

Modern.az xəbər verir ki, astronomların səkkiz il əvvəl gözdən itirdiyi kosmik obyektin planetimizin 203 min kilometr yaxınlığından keçəcəyi və sürətinin 46 min km/saat təşkil etdiyi bildirilir.  

 

Asteroidin diametri 60-130 metrdir.

 

İlk dəfə asteroid 2010-cu ilin noyabr ayında qeydə alınıb, dekabr ayında isə yoxa çıxıb. Kabus-asteroid yalnız bu il, mayın 8-də yenidən aşkarlanıb. Astronomlar “kabusun”  Yer planetinə düşmə təhlükəsinin olmadığını əmin edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?