Modern.az

Xəzərdə 3 nəfər batdı

Xəzərdə 3 nəfər batdı

Aktual

11 İyul 2018, 22:12

Xəzərdə 3 nəfər batıb. Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Qaradağ rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 1200 metr aralı, nəzarətsiz ərazi) 4 nəfərin batması barədə məlumat daxil olub.

 

Dərhal hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfər xilas edilib, 3 nəfərin cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı