Modern.az

Bitkoin bahalaşır

Bitkoin bahalaşır

Aktual

23 İyul 2018, 23:40

Dünyada ən populyar kriptovalyuta olan bitkoinin qiyməti 8 min dollara yaxınlaşmaqdadır. Modern.az xəbər verir ki, kriptovalyutanın son qiyməti ötən həftə 7 min dollar həddini keçdikdən sonra bazar ertəsi 8 min dollara çatır.

 

"CoinMarketCap" portalının məlumatına əsasən bitkoinin qiyməti son sutka ərzində 3,27% bahalaşaraq 7,644 min dollar təşkil edib.

 

Alternativ kriptovalyutalar da bahalaşıb. Belə ki, "Ethereum" 1,04% və ya 467,75 dollaradək bahalaşıb, "Ripple" 1,81% (0,46 dollara qədər), "Bitcoin Cash" 4,36% (821,35 dollaradək) bahalaşıb.

 

Kriptovalyuta bazarının kapitallaşması hazırda 288,4 milyard dollar təşkil edir və bunun 45,5 faizi bitkoinin payına düşür.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı