Azərbaycanda inflyasiya iki dəfə azalacaq.
Modern.az-ın məlumatına görə,bu barədə prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”da qeyd edilib.
Belə ki, Azərbaycanda orta illik inflyasiya qarşıdakı illərdə azalaraq 2021-ci ildə 3,1 faiz təşkil edəcək.
2017–2021-ci illər üzrə əsas makroiqtisadi göstəricilərə əsasən, orta illik inflyasiya 2018-ci ildə 6,1 faiz, 2019-cu ildə 4,7, 2020-ci ildə 3,3 faiz təşkil edəcək. Qeyd edək ki, ötən il bu göstərici 12,9 faiz olub.