Modern.az

"Hər kəsə bir kitab"

"Hər kəsə bir kitab"

Aktual

25 May 2018, 17:18

“Qızlar Bulağı” Uşaq, Yeniyetmə və Gənc Qızlara Təlim və Tədris Xeyriyyə Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə  dəstəyi ilə "Hər kəsə bir kitab" adlı mütaliənin təbliği məqsədi ilə tədbirlərin keçirilməsi “ layihəsi çərcivəsindəbir sıra tədbirlər həyata keçirmişdir.

 

Modern.az xəbər verir ki, Bakı şəhərinin 249 nömrəli tam orta məktəbdə Beynəlxalq Kitab Bağışlanma Gününə həsr olunmuş “Hərəyə bir kitab” adlı tədbir keçirilib.

 

Tədbirdə, uşaq yazıçıları, valideynlər və.s qonaqlar iştirak edirdilər. Tədbirin exsperti  balaca oxuculara onların söz ehtiyatının artması və səlis nitq qabiliyyətinə sahib olması üçün kitab və mütaliənin ən yaxşı vasitə olduğunu vurğuladı. Daha sonra uşaq yazıçılarından məktəblilərə  ən maraqlı uşaq ədəbiyyatı nümunələrindən söhbət açdılar. Tədbir zamanı, kitab haqqında müxtəlif şeirlər söyləyən və milli nağılarımızın səhnələşdiyi tamaşanı ifa edən uşaqlara, yazıçıların ən son nəşr olunan imzalı kitabları hədiyyə olundu. Kitab bağışlama gününə həsr edilmiş tədbir, böyükdən tutmuş kiçiyə kimi hər kəsin ürəyincə oldu.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı