Modern.az

Zaqatalaya dolu yağdı

Zaqatalaya dolu yağdı

Aktual

19 Sentyabr 2018, 10:16
Zaqatala rayonuna yağan güclü dolu kənd təsərrüfatına ziyan vurub.
 
Modern.az report-a istinadən xəbər verir ki, sentyabrın 18-i axşam saatlarından başlayaraq 19-u səhər saatlarına kimi rayon ərazisində qeyri-sabit hava şəraiti höküm sürüb. Fasilələrlə rayon ərazisinə yağış yağıb. Sentyabrın 18-i gecə saat 23 radələrində rayonun Yuxarı Tala, rayon mərkəzinin Qaladüzü adlanan ərazisinə və dağətəyi yaşayış kəndlərinin bəzi ərazilərinə 10-15 dəqiqə ərzində güclü dolu yağıb. Yağan dolu nəticəsində sakinlərin həyətyanı əkin sahələrinə, meyvə bağlarına və rayonun kənd təsərrüaftına ziyan dəyib.
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!