Modern.az

Paytaxt sakini maşını ilə birgə yoxa çıxdı

Paytaxt sakini maşını ilə birgə yoxa çıxdı

Aktual

11 Noyabr 2018, 21:27

Bakıda polisə müraciət edən qadın oğlunun itkin düşdüyünü bildirib. Modern.az Publika.az-a istinadən xəbər verir ki, Dilbər Məhərrəmova (ad şərtidir) Yasamal rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, oğlu Elçin Məhərrəmov 5 noyabr tarixində itkin düşüb. Qadının sözlərinə görə, oğlunu sonuncu dəfə noyabrın 5-də saat 16:30 radələrində Mirəli Seyidov küçəsində “ART” hotelin yaxınlığında taksi fəaliyyəti ilə məşğul olduğu “BMV” markalı avtomobili ilə birgə görüblər.

 

Müraciət əsasında araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!