Modern.az

Telli - Novella

Telli - Novella

مورد توجه

5 Fevral 2019, 09:00

Sara İbrahim

 

Telli ata-anasının ilkiydi,özündən balaca üç bacısı, iki də qardaşı vardı.Evin böyük qızı olmaq  o qədər də ürəkaçan bir şey deyilmiş,xüsusilə kənddəyaşayırsansa. Hələ boyun bacadan çıxmamiş, ailənin bütün yükü,qarğaşasıtökülür üstünə.Bunu istəyirsən,istəmirsən səndən heç soruşan da yoxdu.Səhər dan yeri ağarandan,şər qarışıb əl-ayaq çəkilənə qədər yüyürürdü Telli.Gah bulaqdan su daşıyır,gah paltar- palaz yuyur, gah da çöl işlərinə qaçırdı.Pambıq vaxtı sahədəki qızlara ,qadınlara qoşulub pambıq yıgar ,alağın edər,bağ-bostandakı məhsul yıgılıb uralananda Telli boş dayanmazdı,indi də qışın ehtiyatını görərdi.


Telli orta məktəbi çoxdan qurtarmışdı,tay- tuşlarından yaxşı oxuyanları təhsildalınca şəhərə, onun kimi oxumayanların əksəriyyəti isə çoxdan evlənib,ərə gediboğul-uşaq sahibi olmuşdular.Yaşı otuzu haqlasa da,bu vaxta qədər, adını çəkib,qapılarına gələn yoxuydu.Özundən balaca bacıları da onun tərpənmədiyini görüb,öz növbələrini gözləməyin hələ nə qədər çəkəcəyini dəqiq bilmədiklərinə görə, ata evlərini Tellidən qabaqtərk eləməli olmuşdular.Qardaşları qızlardan yaşda çox kiçik olduqlarına görə,hələ məktəbdə oxuyurdular.Bacıları üçü də gözəl- göyçək, suyuşirin qızlar idilər.Qardaşları da bacılarından geri qalmırdılar,ikisi də qaraqaş ,qaragöz boy buxunlu oğlanlarıydılar.Telli bacı-qardaşlarına heç oxşamırdı, ailədə hamı xırda ağız burunlu olsa da,yazıq Tellininki bu barədə heç gətirməmişdi.Düzdü, hündür boylu,gur qara saçlı, iri gözləri,biçimli dodaqları olan bir qızıydı. Di gəl ki,burnu....

 

Bütün bu sadaladıqlarımı bu zəhrimara qalmış burun korlayıb,kölgədə qoyurdu. Yazıq qızın burnu o qədər yekə, uzun idi ki, üzündə burundan başqa heç nə gözə görünmürdü. Hələ üstəlik,donqarlığı da vardı burnunun.

 

Tellinin o yay kimi qaşları,üzüm giləsinə oxşayan qara gözləri, püstə dodaqları burnunun fonunda ,qaya dibində bitən çöl çiçəkləri kimi kölgədəqalıb itirdi.Telli ağlı kəsəndən burnunun xəcalətini çəkirdi.Məktəbdə sinif yoldaşları hərəsi ona bir ayama, ləqəb qoymuşdular. Biri “qartalburun” deyirdi, o biri “dəhrəburun”,birbaşqası “sümsüburun” və s. Yazıq qız çox vaxt belələrinə baş qoşmur, çox zəhləsinitökəndə”yekə burun üzün padşahıdı,bala, gedin öz burnunuza lag eləyin” deyib yaxasını bu ədəbsiz uşaqlardan birtəhər qurtarardı.Ən çox da onun burnuna sataşankənddə hamının zarafatcıllığına görə”itoynadan Musa” deyib çağırdıgı Musa kişinin onunla bir sinifdə oxuyan oglu Bəşir idi. “Ay,Telli, bu burunla səni kim alacaq,un çuvalına tay olacaqsan”deyib, Tellinin ürəyinə dağ çəkərdi.

 

Bəşir,kənddəki qızların hərəsinə bir qulp qoyub,hərədə bir nöqsan tapdığına,özünə heç kimi yaraşdırmadıgına görə, özü də Telli kimi hələ də subay idi.Tellinin burnuna təkcə məktəbdə uşaqlar sataşmırdılar, evdə bir də görürdünatası Pəsi kişi arvadı  Göyçəkdən guya dəhrəsini istəyir:- Ordan o dəhrəni gətir mənə,əlimdə işim var.Anası əlində gödəkburun dəhrə ilə gələndə Pəsi kişi:-Bunu dedim sənə?Tellinin burnuna oxşayan o əyriuclunu deyirəm. 

 

Bir sözlə,Tellinin burnu tuği-lənət olub keçmişdi boğazına.

 

Bir də görürdün,ailə-uşaq axşamlar yığışıb televizorda maraqlı kinoya baxırlar, Telliyazığın burnu burda da kiminsə yerini dar eləyirdi. Ondan arxada oturanlardan biri,qardaşı,ya da anası:-Ay,Telli ,sən Allah,o uzun burnunu çək o yana, heç nə görmürəm.- deyib,Tellini peşiman eləyərdilər.Bu yay Tellı iyirmi goqquz yaşını tamam elləyib,otuza adlayacaqdı. Qohumlarda,qonşularda Tellini qoçaqlıgına,təpərinə görə neçəsi ogluna almaq istəmişdisə də oğlanlar daş atlb başlarını tutmuşdular. Analarının “üzündə doğramac yeməyəcəksən ki,qoçaq,agıllı qızdı,yıxılı evin dirəyidi” demələrinə:-harasına baxsam burnu girəcək gözümə,mənə elə qoçaq lazım deyil deyib,yaxalarını kənara çəkmişdilər.Yayın isti günlərinin başlamasıyla Tellinin də işləri çoxalmışdı.Ev işi, çöl bayır işləri qış tədarükü...

 

Telligilin qonşusu Çimnazın Bakıda yaşayan bacısı ,ogluyla kəndə ,bacısıgilə qonaqgəlmişdilər. Hərdən Telligilə də keçirdilər,söhbətə,ya da baglarında hər meyvədən olduğuna görə,meyvə yeməyə. Gülnaz adlı şəhərdən gələn bacı hey oglununotuz yaşa çatdığını,amma hələ də evlənmək istəmədiyini deyib,gileylənərdi.Şəhərdə nə qədər gözəl,göyçək qızlar göstərsələr də heç kimi bəyənmirmiş oğlu.Telli onların söhbətini eşitsə də,heç vaxt qarışmırdı söhbətə,onun üçün elə də maraqlı deyildi, ürəyində” bu cür gözəl oglandı,bəyənməz də heç kimi,yəqinözünə yaraşanı tapmır ,neyləsin” deyə fiikirləşirdi.Qonşularının qonaqları,bir həftə kənddə qalıb,qayıtdılar şəhərə. Bir gün Telli həyətdəki toyuq-cücənin qabağına dən töküb, evə keçirdi ki, qonşuların Çimnazın ləngərli yerişlə onların doqqazından içəri keçdiyini görüb,onu gözlədi.

 

Çimnaz dolu bədənini, Tellinin açdıgı evin qapısından yanpörtü içəri salıb,özünüküncdəki divana yıxdı.

 

-Anan hanı, a Telli?-deyib, sözlü adamlar kimi, Tellini süzdü.

 

Telli:-Evdədi,yəqin içəridə uzanıb,indi çağıraram- deyib ,qonşu otağa,anasını çağırmaga adladı.Çimnazın gətirdiyi xəbərə görə, bacısıyla oglu kənddən qayıdandan sonra,bacısıoğluna hansısa qızı göstərib,bəyəndirmək istəyib.Oglan Tellidən xoşu gəldiyini,onunla evlənmək istədiyini deyib.Bu o qədər gözlənilməz olub ki, bacısı əvvəlcə oğlunun zarafat elədiyini düşünüb,amma oglunun ciddiliyini anlayanda,arvad əl atıb üzünü cırmağa,başını yolmağa ki bəs  bu qədər gözəl qəşəng qızları bəyəmədin getdin kənddə Tellini bəyəndin ,mən indi onu el içinə necə çıxaracam o görkəmlə.Çimnazın dediyinə görə, bacısı oglu iki ayağını bir başmağa dirəyib ki alsanız odu, almasanız ta mən evlənən deyiləm.

 

İndi, hazırlaşırlar, gələlər elçiliyə,gəldim sizin də ağzınızı arayım.Çimnaz Tellinin anasına bu söhbəti, astadan ,Tellidən xəlvət ,elə divanda oturduğu yerdə xısıldsdı. Tellinin anası Göyçək arvad məətəl qalmışdı,arvadın nitqi batmişdı.

Handan-hana:-qoy kişi də gəlsin məsləhətləşək,bir söz deyərik

Göyçək arvad, Çimnazı yola salıb,Tellini məsələdən agah edəndə,qızın matı-qutuqurudu, bir müddət gözlərini anasının üzünə zilləyib durdu, sonra qətiyyətlə anasına:-yox, bu mümkün deyil, o oglan hara, mən hara? Yəqin nəsə səhv başa düşüb,Çimnaz xala.Göyçək arvad and-aman elədi ki,əvvəl mən də sənin kimi dedim,amma deyəsənbu gerçəkdi,oğlanın gözü səni tutub,atan gəlsin,görək neynirik.Axşam Pəsi kişi evə gələn kimi,Göyçək arvad hal- qəziyyəni kişiyə danışdı.Pəsikişi dünyagormüş adam idi, bir az fikrə gedib” arvad,Allahın qismətidi,bu gözəlliyə,çirkinliyə baxmır, madam ki ,şəhərli oglan Tellini bəyənib,biz də gərək böyüklüyümüzü eləyək,el adətiylə onlara cavab verək. Pəsi kişi, qohum qardaşla,qızları,kürəkənləri ilə yıgışıb belə qərara gəldilər ki, payızda, havalar sərinləyən, əl-ayaq çöldən içəri yığışan vaxt, oğlantərəfə xəbər göndərərlər, gələrlər elçiliyə, nişana. Pəsi kişi, qohum- əqrəba çəkilib gedəndən sonra,ailə üzvləri  kürəkənləri,Göyçək arvad,qızları qalanda üzünü onlara tutub, gənəşdi:-Tellinin bu evə,bizə çox əməyi keçib. İllərdi ki, hamımıza can yandırır,əziyyətimizi çəkir, bu evdə nə varsa, onun əlinin zəhməti ilə qazanıllb.Mənim fikrim budu ki, Allah Telliyə yaxşı bir yerdən qapı açıb,madam ki,şəhərli oğlan Tellini bəyənib, biz də gərək onların qabağına layiqli çıxaq, şəhər adamlarının yanında utanmayaq, cehizi- filanı necə lazımdı, toparlanıb alaq, düzəldək. Bir fikrim də budu ki, Tellinin burnunu əməliyyat elətdirmək lazımdı. İndi, şükür Allaha, hər şey mümkündü, indikihəkimlər, təbiblər az qalır ki, ölünü diriltsinlər, nəinki burun düzəltmək. Telli də şəhərdə burnuna görə niyə utanıb sıxılsın ki? Biz bunu gərək çoxdan fikirləşərdik, amma qismət indiyəymiş. Belə qərara gəldilər ki, elə günü sabahdan başlamaq lazımdır, vaxt azdır, oğlan tərəf gələnə qədər, əməlliyat olunmalıdı ki, əməliyyatdan sonrakı şişginlik filan keçib getsin. Əməliiyatı qonşu rayonda təzə tikilmiş xəstəxanaya iki aylıq dəvətlə gəlmiştürk cərrahı edəcəkdi. Hadisələr o qədər, gözlənilməz, sürətlə baş verdi ki, Telli nə isə düşünməyə, götür qoy eləməyə macal tapmadı, bir də baxdı ki, üzünə doğulandan ”padşahlıq” edən uzun, əyri burnundan əsər əlamət ,qalmayıb. Cərrahın möcüzəli bıçağı dogrudan da möcüzə yaratmışdı. Tellının burnundakı sarğı açılanda, üzündəki, burnundakı şişkinlik çəkildikcə, qız dəyişib, tamam başqa birinəçevrilirdi. Bir parça ət insanı necə dəyişərmiş! O uzun, əyri burunun yerində, düz, incə bir burun əmələ gəlmişdi, qızın görkəmi tamam dəyişmişdi, sanki əvvəlki Tellini xəstəxanada başqa,gözəl bir qızla dəyişmişdilər.

 

Telli güzgüdə özünə baxmaqdan doymurdu,ona elə gəlirdi ki,güzgüdən ona baxan ,özü deyil,tamam başqa bir adamdı.Evdəkilər Tellini daha əvvəlki kimi,çöl bayır işlərinə göndərmirdilər ki ,nişana qədərgünəşdən yanıb qaralmış bət- bənizi bir az açılcın.Qız özü də burun əməliyyatından sonra adam arasına çıxmaga utanırdı bir az.Vaxt vədə gəlib ,yetişdi, yay sovulub getdi. Telligildə qızgın hazırlıqlar gedirdi.Üç gündən sonra, oğlan tərəf elçiliyə gələcəkdi.

 

Bütün kəndə yayılmışdı,Tellinin əhvalatı,zarafat deyil,şəhərdə yaşayan,işli- güclü,evi- eşiyi olan ,həm də çox yaraşıqlı bir oglanla nişanlanacaqdı Telli.

 

İki gündən sonra, oglan evi ,kəndə,elçiliyə gəldi.Adaxlı oglan özü də gəlmişdi,Nişandan qabaq ,qızla yaxından tanış olub görüşəcəkdilər.Elçilikdən bir gün qabaq,Çimnaz,bacısı və oglu  sabahkı elçiliyi məsləhət,məşvərət eləmək üçün,Telligilə keçdilər. Qonaqlar, ikimərtəbəli evin,birinci mərtəbəsindəki zalda qonaqlar üçün hazırlanıb,üstü şirniyyatla, çərəzlə bəzədilmiş stolun atxasında əyləşdilər. Pəsi kişi, xoş -beşdən ,hal -əhvaldan sonra ,üzünü mətbəxə tərəf çevirib:-Ay uşaq,ordan çay gətirin, qonaqlara- deyib,söhbəti daha da şirinləşdirdi.

 

Adətə görə,çayı Telli gətirməliydi.Telli, əlində armudu stəkanlarda pürrəngi çay süzülmüş məcməyiylə qonaqlar oturan stola yaxınlaşdı.Adaxlı oglan  gözucu Tellini süzdü, qaşları sürətlə alnına dogru dartıldı,üzü əvvəlcəpörtdü,sonra avazıdı, ilan sancmış kimi yerindən geri necə sıçradısa,Tellinin əlindəki məcməyidə olan stəkanlar bir birinə dəyib cingildədi.Oglanın anası Gülnaz da,gördüyünə hələ də inana bilmirdi,keçən dəfə gələndə gördüyü Tellidən əsər-əlamətqalmamışdı. Qarşısında gözəl göyçək, su sonası kimi bir qız dayanmışdı.Oğlan, üzünü əvvəl, xalasına, sonra Pəsi kişiyə tutub,hirsindən dili dodağı əsə-əsə:-Bu kimdi,bu,mənim gördüyüm qız deyil, mən bunu görüb bəyənməmişdim,kimsə başa sala bilər məni, nə baş verib burda?

 

Hamı donub qalmışdı,adaxlı oğlanın qəzəbinin səbəbini heç kim başa düşmürdü.Oglanın xalası Çimnaz, bacısı oğlunun hirsini,hovunu yumşaltmaga ,yavaşıtmağa çalışdı:-Ay balam, burda əsib coşmalı nə var ki, qızın burnunu əməliyyat etdiriblər də,gözəlləşib də ,çirkinləşməyib ki. Mən özüm sizə əvvəldən  demədim ki, sürpriz olsun.Oğlan özündən necə çıxmışdısa, heç cür sakitləşmirdi,Telli yazıq məcməyi əlində hələ də ayaq üstə donub qalmışdı. Oğlan ağzı köpüklənə- köpüklənə:-Bu iş burda bitdi. Məndən soruşmadan,məsləhət etmədən,belə iş tutmusunuz.Mənə belə sürpriz lazım deyil,saxlayın özünüzə sürprizinizi.Bizimki daha tutmaz,qızınıza başqa adaxlı axtarın.Şəhərli oglan,anasıgili də gözləmədən,yaydan çıxmış ox kimi qapının ağzında görünməz oldu...

 

Çimnazla bacısı suyu süzülə-süzülə:-vallah, biz də bilmirik, niyə belə elədi,gedək görək nə məsələdi.Sən demə, oğlan şəhərdəki burnunu kəsdirən, üzündə əməliyyat etdirən silikonlu qızlardan o qədər bezibmiş ki, fikirləşib ki, kənddən, Allah yaradan, görkəminə cərrah bıcagı dəyməyən bir qızla evlənəcək.Tellinin burnunu əməliyyatedən cərrah bıçağı, qızın burnunun artıq yerləri ilə bərabər,şəhərli oğlanın kənddəntəbii görünüşlü qızla evlənmək ümidlərini də kəsib atmışdı.

 

Sonrakı peşmançılıq fayda verməz deyiblər.Pəsi kişi qızına yaxşılıq eləmək istəmişdi, amma sonu peşmançılıqla nəticələnmişdi. Heç kimin aglına gəlməzdi ki,işin sonu bu yerə gəlib çıxacaq,Qaş düzəltdikləri yerdə, vurub göz çıxartmışdılar.Telli onu xəcil eləyən yöndəmsiz burnundan canını qurtarsa da,bu dəfə də yaraşıga minmiş burnundan yarımamışdı.Elçilik əhvalatından bir ay keçmişdi. Bu müddət ərzində Telli bir dəfə də olsun evdən bayıra, kənd -kəsək içinə çıxmamışdı.Yavaş -yavaş  yaraları sağalmağabaşlamışdı.Özünə söz vermişdi ki,bir də ərə getmək,ailə qurmaq haqda düşünməyəcək. Onun bəxti gətirmir, vəssslam, çirkin olanda vay, gözəl olanda da vay.Bir gün evdə yemək hazırlayırdı,baxdı ki duz qurtarıb,evdə də özündən başqa heç kim yoxuydu ki mağazaya göndərsin.Gərək özü gedəydi, onsuz da əvvəl-axırevdən çıxmalıydı,ömürlük evdə dustaq olası deyildi ki.

 

Kəndin yeganə magazası evlərindən xeyli aralıda, kəndin lap yuxarı başındaydı.Magazaya çatana qədər, qarğı atlarıyla aşagı yuxarı çapan balaca kənd uşaqlarından başqa heç kimi görmədi. Magazaya çatmağa az qalmış ,əlindəiçi dolu torba, mağazadan çıxan Bəşirlə az qala toqquşacaqdı.Bəşir gözlərinibərəldib,Telliyə elə baxırdı ki,elə bil, ruh görünmüşdü gözünə.Telli ürəyində”elə bircəbu çatmırdı,yenə başlayacaq,sataşmaga” deyə fikirləşdi.Bəşir, handan-hana udqunub:-Telli, sənsən, tanlmadım səni,necə dəyişmisən,gözəlləşmisən- deyə bildi.Telli, cavab vermədi, yavaşca, Bəşirin böyründən sivişib, magazaya girdi.

 

Tellini magazada görəndən bəri,Bəşirin yuxusu ərşə çəkilmişdi.Qızın xəyalını başından çıxarda bilmirdi.Telli , onun kinolarda, jurnallarda gördüyü qızlardan da gözəl olmuşdu. Həmin payız günlərinin birində,Bəşirin elçiləri Telligilin qapısını kəsdirdi.Bir vaxtlar,hər görəndə burnuna ayama qoşan ,şit zarafatlarıyla Tellinin zəhrini yaran Bəşirlə,Tellinin toyu elə həmin payız günlərinin birində baş tutdu. Uğurlu burun əməliyyatı, şəhərli oğlan üçün uğursuz olsa da, ulduzları hec cürbarışmayan Telliylə Bəşirin ulduzlarını ömürluk barışdırdı.

 

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı