Modern.az

Biləsuvarlı ağsaqqaldan narkotik maddə tutuldu

Biləsuvarlı ağsaqqaldan narkotik maddə tutuldu

Aktual

1 Mart 2019, 12:24

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş 1960-cı il təvəllüdlü Nurəddin Zəkiyev saxlanılaraq ərazi üzrə polis bölməsinə gətirilmiş və onun üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli dəri gödəkçənin sağ yan cibindən politelen seloffana bükülmüş 154.06 qram çəkidə narkotik vasitə  olan “heroin” aşkar olunaraq götürülüb.


İlkin dindirilmə zamanı N. Zəkiyev narkotik maddəni Gəncə şəhərinə satmaq üçün gətirdiyini etiraf edib.


Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı