Modern.az

Birinci sinfə qəbul martın 13-də başlayır

Birinci sinfə qəbul martın 13-də başlayır

Aktual

7 Mart 2019, 11:38

Bu il birinci sinfə elektron qəbulun əhatə dairəsi rayonlar üzrə genişlənir.

Modern.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva deyib.

O bildirib ki,  Mingəçevir, Yevlax, Şirvan, Naftalan və Samuxda şagirdlərin məktəblərə qəbulu elektron qaydada aparılacaq.

BŞTİ rəsmisinin sözlərinə görə, martın 13-də səhər saat 10-da sənəd qəbulu başlayır.

"Məktəbəhazırlıq qruplarında oxumayan uşaqlar üçün sənəd qəbulu mart ayının 13-də start götürəcək. MHQ-nı bitirən uşaqlar üçün isə martın 13-də sistem açıq olacaq"

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı