Modern.az

Artıq ödənilən tibbi sığorta pulu qaytarılacaq

Artıq ödənilən tibbi sığorta pulu qaytarılacaq

Ölkə

Bu gün, 09:57

İcbari tibbi sığorta haqqını tələb olunan məbləğdən çox ödəyən şəxslər artıq ödənişin geri qaytarılması üçün Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə müraciət edə biləcəklər. Agentlik Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindədir.

Modern.az xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı qərarla Nazirlər Kabinetinin altı qərarına dəyişiklik edilib.

Yeni agentlik əlilliyin qiymətləndirilməsini də həyata keçirəcək. Qiymətləndirmə qaydasından şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacı barədə tibbi göstərişlə bağlı müddəa çıxarılıb.

Dərman qiymətlərinin tənzimlənməsi qaydasının müvafiq bəndində isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin adı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adı ilə əvəz edilib. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin adı ilkin hərbi qeydiyyat qaydasının müvafiq bəndindən və büdcə işlərinin əlaqələndirilməsi planının bir sıra bəndlərindən də çıxarılıb.

Qərarla büdcə gəlirləri proqnozlaşdırılarkən üç fond üzrə məlumatı təqdim edən qurumlar da dəqiqləşdirilib. Sosial müdafiə fondu üzrə məlumatı Dövlət Sosial Müdafiə Fondu, işsizlikdən sığorta fondu üzrə Dövlət Məşğulluq Agentliyi, icbari tibbi sığorta fondu üzrə isə Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi təqdim edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Putinin ordusu NATO ərazisini vurdu - Avropaya şok zərbə