Modern.az

ABŞ dövlət katibi Məsud Bərzaniyə zəng vurdu

ABŞ dövlət katibi Məsud Bərzaniyə zəng vurdu

Aktual

7 Mart 2019, 18:42

ABŞ dövlət katibi Mayk Pompeo ilə İraq baş naziri Adil Əbdülmehdi arasında telefon danışığı olub. Müzakirələr zamanı Pompeo ABŞ-ın İraqın hökumətinə dəstəyini ifadə edib.

 

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Mayk Pompeo Vaşinqton və Bağdad arasında strateji çərçivə razılaşmasına uyğun olaraq güclü və müstəqil İraq üçün verilən dəstəyi bir daha bəyan edib. Bundan başqa, dövlət katibi son olaraq İŞİD-in tör-töküntülərinə sıradan çıxarmaq üçün İraq hökuməti və xüsusi xidmət orqanları ilə birgə fəaliyyətdə qərarlığını ifadə edib.

 

Bu arada bəlli olub ki, Pompeo İraq Kürd Muxtariyyətinin sabiq lideri Məsud Bərzani ilə də telefon müzakirələri aparıb. Bu müzakirələrdə dövlət katibi Bərzaninin Kürdüstan Demokrat Partiyasında liderliyini davam etdirməsi, Bağdadla Ərbil arasında münasibətləri yaxşılaşdırmaq istiqamətində fəaliyyətinin əhəmiyyətli olduğunu ifadə edib.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı