Modern.az

Hesablama Palatasının hesabatı – Cəmi 23 milyon manat...

Hesablama Palatasının hesabatı – Cəmi 23 milyon manat...

Aktual

5 Aprel 2019, 12:04

“Hesablama Palatasının hesabatında dörd sahə üzrə ciddi problem olduğu qeyd olunur. Bunlar əsasən büdcə qanunvericiliyinin pozulması, mühasibət uçotu, dövlət satınalmaları ilə bağlı pozuntu hallarıdır”.

 

Modern.az xəbər verir ki, bunu deputat Vahid Əhmədov parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Hesablama Palatasının 2018- cil hesabatının müzakirəsi zamanı deyib.

 

Onun sözlərinə görə, neçə illərdir ki, dövlət satınalmaları ilə bağlı problem Milli Məclisdə qaldırılıb:

 

“Dedik ki, bu sahədə şəffaflıq yoxdur. Amma yenə də eyni problemlər var. Bundan əlavə, Azərbaycanda bir neçə şirkət var ki yeni “Mühasibat uçotu haqqında” qanunla işləyə bilərlər. Azərbaycanda beynəlxalq iqtisadiyyatı bilən kifayət qədər mühasiblər yoxdur. Əgər Hesablama Palatası o sahədə yoxlama aparsa, ciddi problemlər aşkarlayacaq”.

 

Deputat həmçinin Dövlət Neft Fondunun xərcləri ilə bağlı yoxlamaların aparılaraq hesabata aid edilməsini təklif edib:

 

“Neft Fondunun mətbuatda yerləşdirdiyi məbləğlərdə çox az səmərəlilik qeyd olunur. Ona görə də, Hesablama Palatası Dövlət Neft Fondunun 2019- cu ildə gəlir və xərcləri ilə bağlı məlumat versin. Həmçinin Palata 700-ə yaxın nöqsan tapıb. Ancaq cəmi 23 milyon manat vəsait bu yoxlamalardan büdcəyə daxil olub. Hesab edirəm ki, bu vəsaitin miqdarını artırmaq lazımdır”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı