Modern.az

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - SƏFİR

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - SƏFİR

Aktual

5 Aprel 2019, 22:21

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır.

Modern.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberqer NATO-nun yaradılmasının 70 illiyi münasibətilə videomüraciətində bildirib.

 

E. Litzenberqer qeyd edib ki, Azərbaycan NATO üçün vacib tərəfdaş hesab olunur: “Bu, Azərbaycanın Əfqanıstanda təhlükəsizliyin təmin edilməsi üçün qoşun və marşrutların verilməsinə sadiqliyində, həmçinin qlobal terrorçuluq və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə verdiyi dəyərli töhfədə əks olunur. Biz burada, ABŞ-ın Bakıdakı səfirliyində, bütün dünyada sülhün və sabitliyin qorunub saxlanması və inkişafı üçün ölkələrimizin NATO çərçivəsində tərəfdaş kimi əməkdaşlığı üçün yeni yollar axtarırıq".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı