Modern.az

Bakıda 1500 badam ağacı əkildi - FOTOLAR

Bakıda 1500 badam ağacı əkildi - FOTOLAR

Aktual

6 Aprel 2019, 15:27

6 apreldə Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun ətrafında ağacəkmə aksiyası keçirilib.

 

Bu haqda Modern.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) bildirilib.

 

Aksiyada Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının əməkdaşları və ETSN-nin kollektivi iştirak edib.

“Bu yaz özün bir təbiət yarat!” devizi ilə başladılan yaz ağacəkmə kampaniyası çərçivəsində təşkil olunan aksiya zamanı 2 hektar ərazidə 1500 badam ağacı əkilib.

 

Qeyd edək ki, ağac tingləri ETSN-nin Azəryaşlandşaft ASC  və Meşələrin İnkişafı Departamentinin tinglik sahələrində yetişdirilib.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi ağacəkmə aksiyalarına qoşulmağa çağırır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!