Modern.az

Komitə sədri parlamentdə şikayətləri dinlədi

Komitə sədri parlamentdə şikayətləri dinlədi

Aktual

10 Aprel 2019, 16:19

Bu gün Milli Məclisin Səhiyyə komitəsinin sədri,  akademik  Əhliman  Əmiraslanov parlamentdə vətəndaşları növbəti dəfə qəbul edib.

 

Modern.az-ın xəbərinə görə, qəbulda  səhhətindəki müxtəlif problemlərin həlli ilə bağlı Səhiyyə komitəsinə müraciət edən  vətəndaşlarla yanaşı,  Əhliman Əmiraslanovun deputat seçildiyi 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən olan seçicilər də iştirak edib.

 

Səhiyyə komitəsinə müraciət edən vətəndaşlar müxtəlif xəstəliklərin müalicəsinə köməklik göstərilməsi üçün, seçicilər isə, əsasən sosial problemlər,  işlə təmin olunma ilə bağlı müraciətlərini deputata çatdırıblar.

 

Əhliman Əmiraslanov son illər ölkəmizdə  çoxsaylı sosial infrastruktur layihələrin həyata keçirilməsi nəticəsində  bir sıra sosial yonümlü problemlərin aradan qaldırıldığını, bəzi problemlərin isə həlli üçün müvafiq addımların atıldığını qeyd edib.

 

Qəbula müraciət edən vətəndaşları maraqlandıran sualları cavablandırmış və müvafiq köməklik göstəriləcəyini bildirib.  

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı