Modern.az

Diaspor təşkilatı: “Problemləri həll etməyə çalışırıq”

Diaspor təşkilatı: “Problemləri həll etməyə çalışırıq”

Current

13 Aprel 2019, 16:53

“Ukraynadakı həmyerlilərimizin - tələbə və gənclərin problemlərini  həll etməyə çalışırıq. Bu işdə bizə dövlət tərəfindən qayğı göstərilir”.

 

Bu sözləri Modern.az-ın Kiyevə ezam olunmuş  əməkdaşına Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatının vitse-prezidenti, Şirəli Şükürov deyib.

 

O qeyd edib ki, Ukraynaya 7 il öncə gəlib.

Bildirib ki,  illər öncə Şevçenko Universitetinin İqtisadiyyat fakültəsini bitirib. Və fəaliyyətini elə bu ölkədə davam etdirmək istəyir:

 

“İşimizdə daim fəal olmağa, gəncləri bir araya toplamağa çalışırıq. Hələ tələbə olanda dostlarla birgə Azərbaycanın adını ucaltmaq, onun ən yaxşı tərəflərini göstərmək barədə danışardıq. İndi də çalışırıq ki, xalqımızı burada layiqincə təmsil edək.

 

O qeyd edib ki, təşkilat yeni yaransa da, artıq 60 üzvü var.

 

“Onlar arasında Ukrayna universitetlərinin nümayəndələrinə də rast gəlinir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı