Aprelin 14-də Kiyevin "Prezident" otelinin "Avropa" zalında Ukrayna Azərbaycanlıları Radasının birinci qurultayı keçirilir.
Modern.az-ın əməkdaşı xəbər verir ki, qurultayda Ukraynadakı Azərbaycan icmasının bütün strukturlarının nümayəndələri gəlib.
Kiyev Azərbaycanlıları Konqaresinin sədri Oleq Krapivin, Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu (sədr Hikmət Cavadov), Ukrayna Azərbaycanlılarının Birləşmiş Konqresi (sədr Rövşən Tağıyev) Ukrayna Azərbaycanlıları Radasını (RAU) təsis edəcəklər.
Bu 3 iri təşkilat Ukrayna Azərbaycanlıları Radasında birləşəcək. Qurultaya Ukraynanın müxtəlif bölgələrindən 150 nümayəndə qatılıb.
Bundan başqa, qurultayda Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi - başqa sədr Fuad Muradov olmaqla iştirak edir. Təsbirdə Ukrayna Ali Radasının müxtəlif çağırışlardakı xalq deputatları, mərkəzi və regional nümayəndələri, Azərbaycan səfrilyinin diplomatları, tanınmış idman və mədəniyyət xadimləri, jurnalistlər də iştirak edirlər.
Qurultayı giriş sözü ilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov açıb. Ardınca diasporun işi barədə 10 dəqiqəlik videoçarx nümayiş olunub.
Ali Radanın deputatı Borislav Bereza çıxış edərək, mühüm məsələlərə toxunub.
"İnanıram ki, Krım, Donbas Ukraynaya, Qarabağ da Azərbaycana qayıdacaq",-o, deyib.