Modern.az

Volqada iki gəmi toqquşdu

Volqada iki gəmi toqquşdu

Aktual

27 Aprel 2019, 20:36

Volqa çayında iki gəmi toqquşub.

Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, gəmilərin toqquşması nəticəsində 1 nəfər ölüb, iki insan itkin düşüb.

Rusiyanın İstintaq Komitəsinin məlumatına görə, Sahil-təhlükəsizlik xidmətinin qayıqları və axtarış-xilasetmə qrupu itkin düşmüş insanların tapılması üçün əməliyyat tədbirləri həyata keçirir.

İstintaq Komitəsi qəza ilə bağlı hərəkətin təhlükəsizliyi və su nəqliyyatından istifadə qaydalarının pozulması maddəsi ilə cinayət işi qaldırıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı